Şair ve Yazarların Buluşma Sayfası

Gülnarə İsrafil

Güneş Ömrü

Email :4

Güneş Ömrü



Yanlış düzəltmək yorğunluğu
illərimin dizini bükdü.
Doğruluq getdiyim “mən” di.
İstiliyə
Söykənərək ümidlənmək ilkimdi.
Dünyanı
bir dürüstlüyə qurban edəcək
axtarışlarda
ölkələri tanıdım.
Səni
yarpaq ətrinə, torpaq rənginə
işıq parlaqlığına götürdüm
böyüdüb, çoxaltdım
yaşıllıq verdim
Gözünə bir xal qədər kiçik düşdüm.
O an, sən,
mənə dönməkdən keçdin.
İşıqlığım
gözlərini qamaşdırıb qarğışa
gülümsədi.
Di get!

Mən Günəş ömrü yaşayıram.
Uşaq qəhqəhəsinə yarımyuxudan oyandım…




Gülnarə İsrafil.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts