Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

XOŞBƏXTƏM SƏNİNLƏ.

Email :5


XOŞBƏXTƏM SƏNİNLƏ.

Həyat ələsə də saçlarıma dən,
Səninlə sevirəm bu dünyanı mən.
Payızda qayıdıb bahar gəncliyim,
Ömrümə bəxş edib çiçəkli çəmən.

İndi başımdadır sevdamın dəmi,
Axı yanımdadır könlüm həmdəmi.
Hər sabah tanrıya şükr eyləyirəm,
Bizdən uzaq düşüb hicranın qəmi.

Ötüb keçənlərdən nə danış nə din, 
Qopardın köksündən dərdini dərdin.
Qəfil dönüşünlə sədaqətinlə, 
Mənə sevgi dolu bir dünya verdin.

İndi bax gözümə,qəlbimi dinlə,
Əritdin dərdimi dərdi sərinlə.
Versək də yellərə uzun illəri,
Duyğulu xoşbəxtdir yenə səninlə.

Müəllif Mətanət Duyğulu.
12.06.2018.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts