Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Mubariz Hüseyn

VURMASA

Email :16


VURMASA

Sızıldayıb, göynətsə də tez gedər.
Daxildəki ağrı, bəzə vurmasa.
Ötən dərdin, ürək deşən azabı 
Yüngülləşər, gələn təzə vurmasa.

İnsan oğlu, hardan belə güc aldın,
Bu dünyanın əməlinə öc oldun.
Öz batinin deməz idi qocaldın
Ətrafdakı baxıb üzə vurmasa.

Fikir çarxı fırlanarsa beyində,
Ömür yolu ilişərmi düyündə?
Qəm dağının aşılmaz gədiyində,
Ləngiməzdin, zərbə dizə vurmasa.

Qarlı dağı öz başında bitirən,
Fəlakətə deyilmi, güc göstərən?
Zənnini olmazdın salıb itirən,
Ahıllıq, oxunu gözə vurmasa.

Tale ömrü çəkərsə qəm tərəfə,
Büdrəyərək çətin gedər hədəfə.
O nə bəxtdi, sonsuzluqda bir dəfə
Yaş oxunu atıb yüzə vurmasa.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts