Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

VƏFASIZ.

Email :4


VƏFASIZ..

Su kimi hər yerə axar o bəzən
Özünü günahkar sanmaz vəfasız..
Od vurub könlümü yaxar o bəzən
Özü heç zərrecə yanmaz vəfasız..
**
Nə qədər səsləsəm səs ona yetməz
Vurduğu yaralar qəlbimdən getməz
Yıxılsam inan ki,əlimdən tutmaz
Dönməz inadından,dönməz vəfasız..
**
Dəyərli ömrümü xərclədim ona
Çarəsiz qalmışam mən yana-yana
Xəyanət etsə də ustaca mənə
Daim havalardan enməz vəfasız…
**
Qəsd ilə çox qoydu gözümü yolda
Bilmez haradayam,,necə,nə halda
Bir yarpaq misalı solsam da burda
Xoş sözlə dindirib, dinmez vəfasız.
**
Eşqimə sığınıb,haq yola gəlsə
Məni həyatının qibləsi bilsə
Təzədən gözümün yaşın da silsə
Bir daha qəlbimə sinməz vəfasız..

Nazlı Hacılı.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts