Şair ve Yazarların Buluşma Sayfası

Çingiz Kürdəmirli

Üzülə bilər…

Email :3

Üzülə bilər…

Inciməsin candan əziz, sevdiyim,
Şeir çox gözələ yazıla bilər,
Bir qələmdi, yoxdu başqa heç nəyim,
Sözlərim hər cürə yozula bilər…

Hər sətrim, hər misram yerli-yerində,
Ülvi duyğularım yatır dərindıə,
Qəlbimin açarı qalıb birində,
Versə icazəsin, çözülə bilər…

Ruhumu lərzəyə saldı o afət,
Rəhmə gələ, edə yanına dəvət,
Baxışlar toqquşa, yarana ülfət,
Ürəyim sevincdən üzülə bilər…

Süzülüb, ayrılıb Çingiz kəfindən,
Ölənəcən qalmayacaq kefindən,
Nə vaxtsa, yalançı “dost” tərəfindən,
Ayağının altı qazıla bilər…

21. 06. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts