Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

UZAT MƏNƏ ƏLLƏRİNİ

Email :3

UZAT MƏNƏ ƏLLƏRİNİ..

Başım üstün kəssə fələk,
Qara yel tək əssə fələk,
Mənə versə qüssə fələk,
Uzat mənə əllərini.

Qədrini bil məhəbbətin,
Hüzurunda dayan mətin,
Bir az varsa səxavətin,
Uzat mənə əllərini.

Məhəbbətin dəysə daşa,
Ümidlər də çıxar boşa,
Haqsızlığı verib xışa,
Uzat mənə əllərini.

Şeytanın əlinə daha,
Çalış bir də vermə yaxa.
Gülüm,qoyma məni tənha,
Uzat mənə əllərini.

Rəbb insanı tez-tez sınar,
Xain olsan el də qınar.
Uzaqlaşsan qəlbim donar,
Uzat mənə əllərini.

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts