Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

UZAT MƏNƏ ƏLLƏRİNİ

Email :3

UZAT MƏNƏ ƏLLƏRİNİ


Başım üstün kəssə fələk,
Qara yel tək əssə fələk,
Mənə versə qüssə fələk,
Uzat mənə əllərini…


Qədrini bil məhəbbətin,
Hüzurunda dayan mətin,
Bir az varsa səxavətin,
Uzat mənə əllərini…


Şər sevmirsə bizi qoşa,
Ümidlərin çıxır boşa,
Haqsızlığı verib xışa,
Uzat mənə əllərini…


Şeytanın əlinə daha,
Çalış bir də vermə yaxa,
Bir az olsun qəlbin yuxa
Uzat mənə əllərini…


Rəbb insanı tez-tez sınar,
Xain olsan el də qınar,
Uzaq dursan qəlbin donar,
Uzat mənə əllərini…


Nazlı HACILI
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts