Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Ürəyim

Email :3

Ürəyim

Gecələr sızlama səhərə kimi,
İmkan ver, bir yuxu yatım,ürəyim.
Sən özün özünə olmusan düşmən,
Qoymadın arzuma çatım,ürəyim.

Qəmin dəryasında çox üzmə belə,
Burax yelkənləri,açıl sahilə!
Alovun təzəcə alışır hələ,
Qıyma burulğanda batım,ürəyim.

Bu Tənha Buludun özündə nə var?
Gözlərim aynandı,sözümdə nə var?
Ayın görünməyən üzündə nə var?
Səni o üzünə atım ,ürəyim.

Tamara Rustamova Tenha Bulud /15.01.2018
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts