Şair ve Yazarların Buluşma Sayfası

Xuraman Camalqızı

Ünvansız şeirlərim

Email :3

Ünvansız şeirlərim.


Məni sarı simdə imtahan edib,
İpəyə bürüyüb, xara çəkirsən.
Günahım olmadan hökm eyləyib,
Məhşər ayağında dara çəkirsən.


İllər keçib gedir,qarıyıram mən,
Əl açan kimsəyə yarıyıram mən,
Parlaq səhifəmi qoruyuram mən,
Qızılı rənglərə qara çəkirsən.


Özüm uydurduğum nağıl oluram,
İçimə qapanıb fağır oluram,
Əzəldən beləyəm, ağır oluram,
Gör sən Xuramanı hara çəkirsən ?!


Xuraman Camalqızı / 14.11.2018.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts