Ulama
Deyirlər qurdu da axır ki, əhliləşdirib sirkdə oyunbaza çeviriblər …
Daha ələ öyrənmisən ,
Ulama , ay qurd , ulama .
Yeyib , içib piylənmisən ,
Ulama , ay qurd , ulama .
Dostun olub qoyun , quzu ,
Dörd yanında tula , tazı ,
Bizə narazı – narazı
Ulama , ay qurd , ulama.
Bud yeyirsən , döş yeyirsən ,
Ov etmirsən , leş yeyirsən ,
Sən axı çaqqal deyilsən ?
Ulama , ay qurd , ulama .
Ağzın qana bələnmədi ,
Qurd olduğun bilinmədi ,
Gözün məşqçi əlindədi …
Ulama , ay qurd , ulama .
Unutdun mərd olduğunu ?
It deyil… Qurd olduğunu ?
Qarnın üçün quyruğunu
Bulama , ay qurd , bulama …
Ulama , ay qurd , ulama .
Cevanşir Esger
www.kafiye.net





