Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Tamara Rustamova Tənha Bulud

Türkəm……..

Email :18

Türkəm……..

Tanrı dağdan gələn ünəm, harayam,
Hunnam ,Bilgə Xaqanam ,Atillayam,
Səmayam ,Günəşəm ,ulduzam ayam.
Mavi göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

Göy Tanrıya könül verib ucaldım,
İzzətimdən ,qüdrətimdən güc aldım.
Kafirlərdən ,namərdlərdən öc aldım,
Mavi göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

Altaylardan Xəzərədək izim var,
Bəşərin ilk kəlməsində sözüm var,
Türk kökənim, bükülməyən dizim var.
Mavi göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

Məndə başlar Yer üzünün nəfəsi,
Qolça Qopuz müqəddəs saz nəğməsi,
Can verərəm dildə Allah kəlməsi.
Mavi göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

Tənha Bulud, Türk soyunu tanı bil,
Öz qanındı Türkün qanı, bunu bil,
Oğuz yurdu Dədəm Qorqud canı bil,
Mavi Göy altında hər yan evimdi,
Şərqdən Qərbə külli-cahan mənimdi.

TAMARA RUSTAMOVA TƏNHA BULUD
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts