Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

TAPSIN.

Email :14

 
TAPSIN.

Heç vaxt düşməmişəm şöhrət dalınca,
Demişəm əməlim qoy onu tapsın.
Zəhmətlə bir qoydum başı balınca,
Ruh verdim zəhmətim düz yönü tapsın.
***
Yaxşını görəndə qaynayıb qanım,
Haqqın qucağında sökülüb danım,
Dünəni tərimlə suvarıb canım,
Məni xoşbəxt edən bu günü tapsın.
***
Sevgimlə örnəyi oldum öynəyin,
Bu örnək qoymasın içdən göynəyim,
Elə cırmışam ki ,nifrət köynəyin,
Ruhum bürünməyə pak donu tapsın.
***
Yer olub sözümü hayla demişəm,
Könlüme mehrini payla demişəm,
Özüm özümə də layla demişəm,
Səsim titrəməsin,səs tonu tapsın.
***
Nazlıyam,Rəbbimdən almışam əmri,
Sevgidən yoğrulub sevgimin xəmri,
El üçün gərəksiz olarsa ömrüm,
Könüllü razıyam,qoy sonu tapsın.
Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts