Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

TANRI QORU SEVGİMİZİ

Email :3


TANRI QORU SEVGİMİZİ

Keçib həyat sınağınnan,
Həm qarası,həm ağınnan.
Bəd dillərin qınağınnan,
Nə olar hifz eylə bizi,
Tanrı qoru sevgimizi.

Nələr çəkmədi başımız?
Qurcalandı yaddaşımız.
Sel olsa da göz yaşımız,
Ayırmadın qəlbimizi,
Tanrı qoru sevgimizi.

Bu eşqin öz tarixi var,
Hər addımı boranlı qar.
Ayrılığı gəl sən apar,
Heç qoparma əlimizi,
Tanrı qoru sevgimizi.

Hey dalaraq xəyallara,
Əl uzanır səmalara.
Sənə olan dualara,
Əsirgəmə dilimizi,
Tanrı qoru sevgimizi.
Tanrı qoru sevgimizi.

Müəllif.
Metanet Duyğulu.05.09.2018.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts