Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Təkbəndlər.

Email :18

Təkbəndlər.



Süni dırnaq, kirpik, makiyaj, silkon,
Birləşib qoydular, gözəlliyə son!!!

***
Sərvət eybəcərlik çıxarır üzə,
Qotur həzzi kimi…Qaşımalıyıq,
Ömür cəza kimi verilib bizə,
Aministiyasız, yaşamalıyıq…

***

Yazdığım şeirin hər sətirindən,
Aləmə yayılan sevgi səsimdi,
Tikanlı gülümün xoş ətirindən,
Mənə qalan şirin xəyal bəsimdi.

***

Sözüm boğazımda ilişib qalıb,
Ruhum yad evində dönüb qonağa
Ilham pərim köçün kənarda salıb,
Yazdıqlarım yük olubdu cınağa.

***

Bu miskin dövranda çox oldum naşı,
Başımda daşlaşdı zamanın daşı,
Dünyanın gözündən daş kimi düşdüm,
Baş daşıma döndü gözümün yaşı.


Çingiz Kürdemirli
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts