SORARSAN MƏNİ…
Hər payız gələndə yarpaqlar tökər
Bir gün soraqlayıb,sorarsan məni.
Ayrılıq zamansız belini bükər
Bir gün soraqlayıb,sorarsan məni…
***
Gözyaşın üzündə şırımlar açar
Tanıyan dostlar da hey səndən qaçar
Ruhun qanadlanıb bədəndən uçar
Bir gün soraqlayıb,sorarsan meni…
***
Xəyalım canlanar gözün önündə
Ürəyin qovrular mən tək sənin də
Qərib quşlar kimi bir qış günündə
Yenə soraqlayıb,sorarsan məni…
***
Harda vəd verdiyin o xoşbəxt anlar
İndi həsrət könlün kaman tək inlər
Mənasız keçdikcə həftələr,günlər
Bir gün soraqlayıb,sorarsan məni…
***
Düşməyəcək adım əsla dilindən
Canın yorulacaq hicran əlindən
Sonda peşman olub öz əməlindən
Bir gün soraqlayıb,sorarsan məni…
NAZI HACILI
www.kafiye.net




