Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Solmaz Şirvanl ilə deyişmə

Email :17

Solmaz Şirvanl ilə deyişmə 

Solmaz:
Salamını gözlədiyim,
Yollarını izlədiyim,
Hər kəlməsin sözlədiyim,
Söylə mənə, yaxşısanmı?

Çingiz:
Salamın vaxtında gəlir,
Yolların hər an izlənir,
Qulaq ver, çox şey sözlənir,
Az da olsa, qanıram mənə

Solmaz:
Hər sözünü böləcəyim,
Qədəmində öləcəyim,
Ay sabahım, gələcəyim,
Taleyimin naxşısanmı?

Çingiz:
Hər sözü bölmə, nə olar?!
Dost tək bizə gəl, nə olar?!
Yolumda ölmə, nə olar?!
Dərdlərinə yanıram mən….

Solmaz:
Sənsiz ömür, ömür deyil,
Solmaz nə daş, dəmir deyil,
Daşda bitən mamır deyil,
Sevda dolu baxşısanmı?

Çingiz:
Dəli qardaş, gözəl bacı,
Olginən başımın tacı,
Çingizin ümid-əlacı,
Solmaz, səni sanıram mən…

24.11.2016.
Solmaz Şirvanlı – Çingiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts