Şair ve Yazarların Buluşma Sayfası

Nazli Hacili

SİLİRƏM SƏNİ…

Email :3

SİLİRƏM SƏNİ…

Şeytan fitnəsinə məni tuş etdin,
Gözümü sesebsiz hər vaxt yaş etdin,
Əğyarın könlünü gedib xoş etdin,
İndi birdəfəlik silirəm səni..

Tikan tək yolumun üstə bitmisən,
Bu gözəl həyatı haram etmisən,
Yaxşı ki xoşunla özün grtmisən,
İndi birdəfəlik silirəm səni..

Niyyətin,amalın xəyanət imiş,
Şeytan hisslərini çeynəyib yemiş,
Kor gözə nə gərək qızıl ya gümüş,
İndi birdəfəlik silirəm səni..

Üç-beş nadan yığıb başına bəzən,
Saflığa sən oldun dodağı büzən,
Çox sözlər söylədin qəlbimi üzən,
İndi birdəfəlik silirəm səni..

Hiylənlə girirsən hərdən bir dona,
Yersiz tənələrin gətirdi cana,
Bir az da sən özün qal yana-yana,
İndi birdəfəlik silirəm səni..

Nazlı Hacılı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts