Şair ve Yazarların Buluşma Sayfası

Təvəkkül Goruslu

SIĞIN ALLAHA

Email :3


SIĞIN ALLAHA

Hər gecə xəyalən hal- əhval bilib,
Xəyalın sorardım, cavab alardım.
Beləcə könüldən həsrəti silib,
Yuxuya, röyaya sənlə dalardım.

Danışmır xəyalın daha mənimlə,
İnciyib, yuxumdan küskündü o da.
Barışmır xəyalın daha mənimlə,
Bu qara sevdadan üzgündü o da!

Sevgi baxçasından dərd dərdik yenə,
Dərdikcə qurtarmır fələk bitirən.
Uyub da aldanıb şeytan deyənə,
Olmadıq daşlayan, onu itirən.

Bu qara sevdanın üzü dönübsə,
Onu qaytarmağa cəhd etmə daha!
Ürəkdə atəşi bitib, sönübsə,
Soyuq vücudunla sığın Allaha!

Təvəkkül Goruslu.24.04.2018.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts