Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Seyr edək zamanımızı

Email :16


Seyr edək zamanımızı 
( İkinci kitabımdan)

Qovzayıb başımızı, qovlayıb dumanımızı,
Bir qədər açıq gözlə seyr edək zamanımızı.

Gücümüz çox şeyi həll etməyə bəs eyləməyir,
Satmayaq heç olmasa, şeytana vicdanımızı.

Heç güzəşt eyləməyib, verməmişiksə bir aman,
Dinlərmi axirətdə, kim isə amanımızı?!

Mərhumun varisinə toy kimi süfrə bəzədək,
Ginnesin kitabına saldıraq ehsanımızı.

Bığ qoyaq alt dodağa, qulaqlarlı sırğalayaq,
Qısaldaq, ol ki yetər, şalvarı, tumanımızı.

Ananas, kivi, banan mentalitetçün yaddır,
Heç biri etməz əvəz, milli badımcanımızı…

İlanın zəhrinə qarşı tapacaq çarə təbib,
Bölünər yeddi yerə, dadsa ilan, qanımızı.

Yetişib bölgələrin, indi özəl mollaları,
Hərəsi bir tərəfə yönəldir gümanımızı.

Vallah, bu inkişafa mən görürəm, göz dəyəcək,
Arabir, heç olmasa, xub qaşıyaq yanımızı.

Çingizin sözlərinə, çoxları pis gözlə baxır,
Deyirlər ki, kənar ol, qaynadaq qazanımızı.

Çingiz Kürdəmirli.
www.kfiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts