Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nahidə Tağıyeva

SEVGİLİM

Email :16

SEVGİLİM

Dər bu sabah bağ-bağçanın gülündən..
Öz yarına gəl, ənam et sevgilim.
Səni sevən bir gözəlin əlindən..
Bir çarə tap,bir əncam et sevgilim.

Qıyma sənsiz gözlərimə yaş dola,
Qarə gözlər boylanmasın kaş, yola..
Uzat qollarını boynuma dola.
Üzmə məni həsrətinlə sevgilim.

Bu həsrətin acısı çoxmu çəkər?
Qəlbim qan ağlayar gözüm yaş tökər?.
Mən bunamı məhkum,bunamı məgər?
Üzmə məni həsrətinlə sevgilim.

Bülübül kimi ahu-zara qalmışam,
Boynu bükük hey,fikirə dalmışam.
Gecəni də,gündüzlə səhv salmışam.
Üzmə məni həsrətinlə sevgilim.

Nahidə Tağıyeva
08.06.2017
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts