Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

SEVƏ-SEVƏ UNUDACAĞAM

Email :15

 

SEVƏ-SEVƏ UNUDACAĞAM

Sən demə deyilmiş vüsal qismətin,
Ömrü kədər imiş bu məhəbbətin.
Mənimçün olsa da çətindən çətin,
Səni sevə-sevə unudacağam!

Cəhənnəm əzabı versən də mənə,
Çatsa da dərdimin sayı lap minə,
Sonumuz ayrılıq olsa da, yenə,
Səni sevə-sevə unudacağam!

Pozuldu sevdalı ömrün ahəngi,
Yarımçıq toxundu vüsal çələngi.
Əbədi deyilmiş demək bu sevgi,
Səni sevə-sevə unudacağam!

Ayrılıq çəpəri saldıq araya,
Gərək ömrümüzü hicran daraya,
Qəlbimdə dönsən də göynər yaraya,
Səni sevə-sevə unudacağam!

Ürəyim səninçün etsə də qubar,
Demərəm məni də özünlə apar.
Çalış ki, adımı qəlbindən qopar,
Səni sevə-sevə unudacağam!

Olmadı həsrətdən qovan ömrümü,
Bürüdü fırtına, tufan ömrümü.
Vaxtsız qocaltsan da, cavan ömrümü,
Səni sevə-sevə unudacağam!

Bəlkə də bu yolda etmişdik günah,
Bununçün gecəyə verildi sabah.
Mənimçün dəhşətdi, zülmətdi, vallah,
Səni sevə-sevə unudacağam!

Mənsiz yaşasan da yüz il, ya min il,
Çalış göz yaşına eləmə meyil.
Bu fani dünyada nifrətlə deyil,
Səni sevə-sevə unudacağam!

28.04.2001
Zaur Vedili
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts