Şair ve Yazarların Buluşma Sayfası

Fəridə Köçərli İbrahimova

Saydım min yol üçə qədər

Email :3

Saydım min yol üçə qədər



Bir igidin özü qədər,

Bir dahinin sözü qədər,

Dəyər verdim,urvat verdim.

Yanan oçaq közü qədər.




Əlçatmazdın zirvə qədər,

Öyünməzdin zərrə qədər.

Birdən birə nə oldu bəs,

Mindən düşdün birə qədər?




Yalanların kalan qədər,

Düz işlərin yalan qədər,

Əməlindən küsənləri,

Kaş sevəydin balan qədər.




Güvən yendi heçə qədər,

Geniş dünyam küçə qədər .

Ha gözlədim düzəlmədin,

Saydım min yol üçə qədər.




Fəridə Köçərli.

16.02.22.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts