Şair ve Yazarların Buluşma Sayfası

Aygün Abbas

SANMA, HEÇ VAXT

Email :3


SANMA, HEÇ VAXT

Sanma yaşayıram səadət dolu,
Bilki ünvanındır vüsalın yolu,
Gedərək sevgimin qırsanda qolun.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.

Cəhənnəm atəşi alsa canımı,
Bir xərçəng zəpt edib udsa qanımı,
Ümüdlə yaşadım hər zamanımı.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.

Vüsalı yad edib xeyala dalib,
Bu eşqin, sevginin yadında qalıb,
Ötüb keçənlərdən sorağın alıb.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.

Cismimi ruhuna qurban etdiyim,
Cahanı bu eşqə heyran etdiyim,
Ay dəli aşiqlə divan etdiyim.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.

Qayıt olum sənin, tut əllərimdən,
Yapış xərçəngtəki ciyərlərimdən,
Bacarsan al götür sevənlərimdən.
Sədaqət yolundan dönmədim heç vaxt.
Eşqindən alışdım sönmədim heç vaxt.

Aygün Abbas.
www.kafiy.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts