Şair ve Yazarların Buluşma Sayfası

Xuraman Camalqızı

SAHİBİNƏ YETİRİN

Email :3



SAHİBİNƏ YETİRİN



Bu şeirin tərkibində sevgi var,
İsrarlıyam,təkidimdə sevgi var,
Yaratmışam,tərtibində sevgi var,
Bu şeiri sahibinə yetirin..!

Düşünəcək,eşqdən sızıb bu şeir,
Tənha qəlbdə necə dözüb bu şeir?!
Təngə gəlib, məndən bezib bu şeir,
Bu şeiri sahibinə yetirin..!

Dinlədiyim musiqidə anılır,
Qarşılaşsaq – ” tanımırıq”, danılır,
Düşünmürəm hisslərimiz yanılır,
Bu şeiri sahibinə yetirin..!

Elə anlar yaşanıbdı,bir bilsən,
Anlayarsan, əhli – halsan,dil bilsən,
Saxlamıram, gizlin deyil, sirr biısən,
Bu şeiri sahibinə yetirin..!

Göz dolusu oxşayacaq, biçəcək,
Misraları şərab kimi içəcək,
İmzalardan yalnız məni seçəcək,
Bu şeiri sahibinə yetirin..!

O, dinləməz icazəmi ,rizamı,
Sətirlərin düzülüşü, nizamı,
Baxan kimi tanıyacaq imzamı,
Bu şeiri sahibinə yetirin..!

30.1.2021.

Xuraman Camalqızı

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts