Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Sənsiz-səninlə

Email :4


Sənsiz-səninlə

Ömrümüz taleyin sərt sınağında,
Duyğular ürəkdə süzülüb gedir.
Yarpaq tökümüdür xəzan çağımda,
Qəlbim həsrətinlə üzülüb gedir…
Könlümün sultanı,bir məni dinlə!
Qəribəm dünyada sənsiz-səninlə.

Nə olsun şöhrətin zirvəsindəyəm,
Könüllər sevdamın həsrətindədir,
Eşqin Minasının qurbanıyam mən,
Qəbulum o doğma surətindədir.
Könlümün sultanı,bir məni dinlə!
Qəribəm dünyada sənsiz-səninlə.

Gedirəm,əngəllər qarşımı kəsir,
Batır ümidlərim dərin sularda…
Qəlbim üsyan edib özümdən küsür
Eşqimə qoyduğum qadağalarda. 
Könlümün sultanı,bir məni dinlə!
Qəribəm dünyada sənsiz-səninlə.

Dəyişib bu Tənha Bulud adımı,
Adımın üstündən silə bilmədin.
Dağıdıb gecəmin qaranlığını,
Günəşin yanına gələ bilmədin.
Könlümün sultanı,bir məni dinlə!
Qəribəm dünyada sənsiz-səninlə.

01.06.2019
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts