Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Sən.

Email :15

Sən.

Yaşa-yarat ölmə könül hələ sən,
Olma könül gəl ölümə tələsən,
Rəbbim yazıb onu sən nə biləsən?
Ölüm haqqın işi mən kiməm axı?
**********
Dünyaya gələndə yazılır qədər,
Uzun da,qısa da düşür ömürlər,
Vay o kəslərə ki,yaşayır hədər,
Hər kəs öz çiyninə yığır günahı.
***********
Yeri,öz yolunu,daim düz yeri,
Hər kəsin dünyada vardır öz yeri,
Alovun alovdur,közün köz yeri,
Ağlatma kimsəni,götürmə ahı.
*********
Bağlan öz elinə,bağlan obana,
Layiq ol atana,həm də babana,
Verginən könlünü dağda çobana,
Açılsın ömrünün aydın sabahı.
***********
Ay Solmaz,Rəbbinə güvən yaşa sən,
Yaz,yarat el üçün baxma qışa sən,
Şükr eylə Allaha,bu naxışa sən,
Uca Allahındır qəlbin pənahı!

01-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts