Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

SƏN HƏLƏ QƏLBİMDƏSƏN

Email :3

SƏN HƏLƏ QƏLBİMDƏSƏN

Sən hələ qəlbimdəsən.
yenədə mənimləsən.
Yenə həmin yerində.
Hələ tərpənməmisən.
Yazılan bu şeirlər,
Sənə toxunmayıbdır.
Ordan səni almağa
Bir səbəb tapmayıbdır.

Sən hələ mənimləsən.
Gecəm gündüzümdəsən,
Hər gələn fəsilimdə,
Aldığım nəfəsdəsən.
Gecələr göydə ayda,
Gündüzlər günəşdəsən
Sən hələ qəlbimdəsən,
Hələ də mənimləsən.

Dondurmayıb qəlbimdə,
Səni şaxta boran qar.
Heç üstündən keçməyib,
Əsən külək ,gilavar.
Qoruyub səni qəlbim,
Qoruyub necə varsan.
Qəlbim tək sənin evin.
Orda tək yaşamısan.

Nahidə Tağıyeva
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts