Şair ve Yazarların Buluşma Sayfası

Nahidə Tağıyeva

Sən Elə Düşünmə

Email :3

Sən Elə Düşünmə


Sən elə düşünmə hər addım başı
Qapına gəlirəm səni görməyə.
Silib bir ömürdən ağrı acını.
Elə tələsirəm salam verməyə.

Sən elə düşünmə çırpınlr qəlbim.
Qanadı qırılmış quş kimi elə.
Sudan çıxmış balıq suya həsrətdir
Can atır bir damcı su tapsın hələ.

Sən elə düşünmə gətirər məni
Sınmış ayaqlarım birdə qapına.
Dilənçi bilərsən yəqin ki səndə
Sədəqə verərsən məzlum qadına.

Sən düşün, nə varsa çoxdan bitibdir.
O ,ocaq kül olub sönüb nə vaxtdır.
Nə səni axtarmır nə soraqlamır.
O ,qız saç ağardıb gör neçə vaxtdır.



Nahidə Tagıyeva Qurbanova
10.06.2020
www.kafiye.net


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts