Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Sən də,mən də gülüm,ayrı dünyada

Email :14

Sən də,mən də gülüm,ayrı dünyada

Sən də,mən də gülüm,ayrı dünyada…
Ayrıdı cığır da,ayrıdı yol da.
İzlərimiz bir-birinə qovuşmaz
Min iı sonra nə o cığır,o yolda.

Ayrıdı cığır da,ayrıdı yol da,
Ayrıdı nəfəs də,ayrıdı səs də.
Sən gülşəndə açılmamış qönçə gül,
Mənsə bülbül..Bir dar,dəmir qəfəsdə!

Ayrıdı nəfəs də,ayrıdı səs də,
Mən qarlı qış,sənsə bir yaz çağında!
Mənim dilim-dodağım da ah çəkər,
Səninsə nəğmələr var dodağında.

Mən qarlı qış,sənsə bir yaz çağında,
Mən sızqa arx,sənsə coşğun bir dəniz.
Xəmir olub,yoğrulsaq da bir undan,
Bir-birinə day qovuşmaz kündəmiz.

Mən sızqa arx,sənsə coşğun bir dəniz,
Həsrətinə gözüm yumub,yatmaram.
Vəslinə yetməyə can atsam da mən,
Qalıb yarıyolda,sənə şatmaram.

Həsrətinə gözüm yumub,yatmaram,
Tərk edib,day gedər yuxularım da.
Bəlkə də yatsaydım gülüm,bir anlıq,
Mən səni görərdim yuxularımda…

…Tərk edib,day gedər yuxularım da,
Məni yada salmaz nə ay,gün yada.
Nə sən mənə,nə mən sənə yetərik,
Sən də,mən də gülüm,ayrı dünyada!..

Məzahir İsgəndər
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts