Şair ve Yazarların Buluşma Sayfası

Punhane Eliyeva

Sənə Səni Sevirəm

Email :3

Sənə Səni Sevirəm

Sənə səni sevirəm, sevirəm deyirəm,
Söylə daha nə deyim.
Dərdindən dəliyəm, sərsəriyəm deyirəm,
Sənin ücün ölürəm, sevgilimsən deyərəm,
Söylə, daha nə deyim.

Ulduzumsan, günəşimsən, ayımsan,
Varlığımsan, həyatımsan, canımsan,
Sinəmdəki ürəyim, damarımda qanımsan,
Cəmənimdə çiçəyim, həm vaxtım, zamanımsan,
Söylə, daha nə deyim.

Sən mənim məhəbbətim, üzüyümdə qaşımsan,
Əhdimsən, ilqarımsan, sən sevdalı yaşımsan,
Sən mənim şah əsərim, ömrümə yaddaşımsan,
Elə mənim özümsən, bir ömür sirdaşımsan, 
Söylə, daha nə deyim.

Gizlin dolaşan ruhum, sənsizlikdə sənimsən,
Hicrana həsrət deyən, vüsalımsan, ünümsən,
Sən mənim həyat eşqim, vüsal adlı çənimsən,
Sən harayım-hayımsan, saçlarımda dənimsən,
Söylə, daha nə deyim.

Pünhanəyəm, könlünə hər zaman hay-harayam,
Bu sevgidən ömrünə göndərilmiş bir payam,
Səndə özüm tapıb, coşan dənizəm, çayam,
Bu sevgimdən nə gördün, dəyişməzəm, mən oyam,
Söylə daha nə deyim…

Punhane Eliyeva
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts