Sənə Olan
Sənə olan məhəbbətim nağıla bənzər,
Mən,bir eşk dastanının əfsanəyəm.
Səni mənim qədər kimsə sevə bilməz,
Mən,Sevgimin sadiq-peymanesiyem.
Hicranına dözmək zülümdür-zülüm,
Sənsiz qalmaqdasa raziyam ölüm.
Məni anlamağa nə var ki yarım,
Sənin tək Məcnunun divanəsiyəm.
Qovram qəlbimdən dumanı-çəni,
Könlüm gecə-gündüz dileyir səni.
Min şam şöləsi cəzb etməz məni,
Tək sənin şölənin pərvanəsiyəm.
Pünhanə,razıyam sədaqətimdən,
Günəş qidalanır saf hərarətimdən.
Ümanlar yaranıb məhəbbətimdən,
Sevgi ümanının dürdanəsiyyəm.
Punhane Eliyeva





