Şair ve Yazarların Buluşma Sayfası

Mezahir İsgender

Ruzum sənə görə deyil

Email :3

Ruzum sənə görə deyil

(Özündən müştəbeh birisinə)

Oxusan da,qanammasan,
Yazım sənə görə deyil.
Alıb ələ,çalammasan,
Sazım sənə görə deyil.

Var öz çoxum,var öz azım,
Öz dərinim,öz dayazım,
Qışım,yayım,nə payızım,
Yazım sənə görə deyil.

Öz nənnim var,öz bələyim,
Yırğalar ilham mələyim,
Bu süfrədə nə çörəyim,
Duzum sənə görə deyil.

Söz bağında mən doğuldum,
Gah tar-kaman,gah ud oldum,
Bu dünyada közüm,odum,
Buzum sənə görə deyil.

Məzahir xoşxislətlidi,
Fəsad deyil,vüsətlidi,
Söz deməyə rüxsətlidi,
Ruzum sənə görə deyil.

Məzahir İsgəndər
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts