Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

RAMAZANDA

Email :15


RAMAZANDA

Tut oruc,qıl namazı
Qalıb ömrünün azı
Allah da olsun razı
Müqəddəs ramazanda..
**
Qoru haqqın yolunu
Əzmə Allah qulunu
Şirin eylə dilini
Müqəddəs ramazanda.
**
Möhkəm sarıl duaya
Vermə vaxtını zaya
Şükr et bu gözəl aya
Müqəddəs ramazanda..
**
Tut əlindən fəqirin
Yemə malın səqirin
At daşını kibirin
Müqəddəs ramazanda..
**
Uyma şeytana,şərə
Zikr et Rəbbi min kərə
Göydən nur yağar yerə
Müqəddəs ramazanda..
**
Çalış hər günahdan qaç
Ehsan eylə,süfrə aç
Taparsan dərdə əlac
Müqəddəs ramazanda..
**
Ömrü vermişik yelə
Bu fürsət düşməz ələ
Tələs haqdan əfv dilə
Müqəddəs ramazanda..

Nazlı Hacılı.
11.05.2019
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts