
Qoymaz bəndəsini naümid ALLAH!
Tanrımızdan gələn hər ünə şükür!
Hər səhərə şükür, hər günə şükür!
Şükür, Yaradanın özünə şükür!
Dualardan sonra deyək ” İnşAllah ! “
Qoymaz bəndəsini naümid ALLAH !
Dərgahına sarı uzanan əllər
O Uca Varlıqdan gör nələr dilər…..
Sevinsin ürəklər, gülsün könüllər,
Verər mətləbini, verər inşAllah
Qoymaz bəndəsini naümid ALLAH !
Gecəni gündüzlə əvəzləyən O !
Sevimli bəndəsin əzizləyən O !
Dualarla ruhun təmizləyən O !
Edər hər dərdinə çarə inşAllah
Qoymaz bəndəsini naümid ALLAH !
Yoxdan var yaradan o Uca Rəbbin
Qarşısında durub səcdəyə gəldim.
Əyildi önündə əyilməz qəddim!
Eşidər səsimi bir gün inşAllah
Qoymaz bəndəsini naümid ALLAH !
GÖVHƏR RÜSTƏMOVA.
www.kafiye.net




