
Qonaqlıq
Görmək istəyəndə əziz birini,
Qohum olsun ya da bir tanıdığın,
Könül quşun uçub tapar yerini,
Ayrı dadı – tamı var qonaqlığın.
Dönüb, dolanarlar sənin başına,
Qonaq eyləyərlər bayram aşına,
Qurban da kəsərlər sənin adına,
Başqa bir ləzzəti var qonaqlığın.
Üz – gözündən sevinc yağar hər kəsin,
Ürəyindən coşub gələr həvəsin,
Bəzəyib şeirin hər bir kəlməsin,
Armağan edərsən *söz qonaqlığın.*
Müəllif: Elmaya Cabbarova.
16.06.2022.
www.kafiye.net




