Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

Qızım

Email :13

Qızım

Mənə xatirəsən ən xoş günümdən,
Qanın qanımdandır,canın canımdan,
Heç zaman ayrılma mənim yanımdan,
Sən mənim şərəfim,şanımsan,qızım.
*
O gözəl gözlərin hey gülümsəsin,
Aləmə yayılsın xoşbəxtlik səsin,
Qəlbin əzab,kədər,çilə görməsin,
Bu günüm,sabahım,danımsan,qızım.
*
Əlimlə oxşaram mən tellərini,
Öpərəm bəmbəyaz gül əllərini,
Rəbbim açıq etsin bu yollarını,
Sən mənim gözümdə xanımsan,qızım.
*
Qəm çəkib üzülsən,mən də ölərəm,
Səninlə ağlaram,sənlə gülərəm,
Ömrümü səninlə tən də bölərəm,
Damarda dolaşan qanımsan ,qızım.
*
Hələ yaşamalı günlərimiz var,
Üzünə güləcək çox yaz,çox bahar,
Gözəl ömrün olsun daim bəxtiyar,
Nəfəsim,səsim,həm ünümsən ,qızım.

Nazlı Hacılı.
9.08.2014.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts