Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Qazdadı

Email :17

Qazdadı
(zarafatyana)


Mənzum məktubuma cavab yazanda,
Vahid “quş” buraxdı, Sakit “qazdadı,”
Donmuş bud qaynadan daim qazanda,
Hardan bilər, necə olur qaz dadı?..

Dostlar rəydə rica etdi Eldardan,
Fikrini bildirsin, çıxsın el dardan…
Ya cavab ver, ya da bizi, Eldar, dan,
Qələmini külüng elə, qaz dadı.

Təcnis yazmaq deyil adi oyun, a…
Girdin dəyirmana döndün oy! Una,
Çoxları cəhd edib mənlə oyuna,
Əlimdən çəkibdi neçə “qaz” dadı.

Çingiz, deyilənə əməl di, et də…
Bunlar yeyib – içir, sənsə dietdə,
Təbimi öldürə bilməz diet də,
Cismim əyləcdədi, ruhum qazdadı!

30. 12. 2019.
Çimgiz Kürdəmirli.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts