Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

QAYTAR BİZİ BİZƏ, ALLAH

Email :16

QAYTAR BİZİ  BİZƏ, ALLAH

Ürəyimdə hələ də
Olan eşqə nə deyim?!
Bulud olub boşalan,
Dolan eşqə nə deyim?!.
Müəllif.
————
Bir odlu ney,kaman,tarıq,
İçimizdə çalınarıq,
O da,mən də günahkarıq,
Gəlmərik göz-gözə,Allah!

Daş üstə qalmaz daşımız,
Tüstülənər yaddaşımız,
Axa-axa göz yaşımız
Qalxıb yetər dizə,Allah!

Xəzan vurub bağımızı,
Alıb əldən ağlımızı,
Görüb sinə dağımızı,
Dağlar dönər düzə,Allah!

Dağımızla dağ aşarıq,
Leyli-Məcnun dolaşarıq,
Nə yetib,nə buluşarıq,
Qanlar süzə-süzə,Allah!

Hicran dolu günük,anıq,
Ayrılıqdan pərişanıq,
İkimiz də peşimanıq,
Qaytar bizi-bizə,Allah!
Qaytar bizi-bizə,Allah!.

Mezahir İsgender
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts