Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

QAYIT GƏL

Email :16


QAYIT GƏL..

Duyğularım misralarda ağlayır,
Həsrət könlüm əsir,coşur,çağlayır,
Dərd qəlbimi nəştərləyib dağlayır,
Sevgi dünyam qəmlə doldu, qayıt gəl..
*
Sən gedəndə bənövşələr açırdı,
Qaranquşlar yurda təzə uçurdu,
Bu gedişin candan ruhu qaçırdı,
Ömrüm,günüm viran oldu,qayıt gəl..
*
Kədər ilə keçir indi hər anım,
Dərbədərdi inan sabahım,danım,
Eşq oduna yandı bu yazıq canım,
Günü-gündən rəngim soldu,qayıt gəl..
*
Sabahadək kipriyim od götürdü,
Xəyalımdan yoxluğun iz itirdi,
Hüzün,qəhər daha cana gətirdi,
Eşqin məni dərdə saldı,qayıt gəl..

Nazlı Hacılı.
20.05.2016.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts