Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Son 24 Saat

Qayıdıram mən

Email :15


Qayıdıram mən
(Şeirlərimə dodaq büzən bir nadan həmyerlimə)

Mən türk övladıyam, təmizdir qanım,
Bu xalqın yolunda qurbandır canım,
Aramsız işləyir söz dəyirmanım,
Xiridarlar üçün üyüdürəm mən.

Hörməti-izzəti sözlə qazannam,
Kiçik işarədən çox şeyi qannam,
Gah atəş oluram, alışıb-yannam,
Gah da buza dönüb soyuduram mən.

Bir başını qaldır, gözlərimə bax,
Qoymaram açılsın üzünə sabah,
Mahir cərrah kimi, kəsməzdən qabaq,
İynəmi batırıb, keyidirəm mən,

Sözdür ibadətim, sazdır azanım,
Qələm əlimdədir, çıxınca canım,
Nəyimə lazımdır düşmən qazanım?..
Dostların sırasın böyüdürəm mən.

Çingizi bir dinlə, yaxşı qulaq as,
Girmə bu meydana, salma basabas,
Cisminə şeirdən biçərəm libas,
Sən gedən yolları qayıdıram mən !!!

Çingiz kürdəmirli
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts