Şair ve Yazarların Buluşma Sayfası

Tamara Rustamova Tənha Bulud

Qara qutu

Email :3

Qara qutu

Açılsa ömrümün qara qutusu,

Bəlkə xəcalətdən gizlənər fələk,
Sındırar bəxtimi yazan qələmi,
Əsdirər ömrümdən xəfif bir külək,
Bəlkə xəcalətdən gizlənər fələk.
 
Haqqı nazildən də,üzən də gördüm,,
Yalan ayaq tutub ,gəzən də gördüm,
Öz cavan canından bezən də gördüm,
Xalqımın başına gəldi min kələk,
Bəlkə xəcalətdən gizlənər fələk.
 
Ədalət möhürü zalım əlində,
Zülm ərşə dirənib rüşvət elində
Böhtan zəfər çalır namərd dilində,
Gözlərim aynadır.düşüncəm ələk,
Bəlkə xəcalətdən gizlənər fələk.
 
Qorxu girən canda vicdan korşalır,
Bayraqlar endikcə,düşmən ucalır,
Millət əzildikcə,qurur alçalır,
Şərin çaldığına oynayıb-gülək?!
Bəlkə xəcalətdən gizlənər fələk.

28.01.2019
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts