Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

QAR ALAR MENI.

Email :3


QAR ALAR MENI.

Həsrətim böyüyüb, dağa dönebdür, 
daşlari, sinəmi paralar mənim. 
Ürəyim ərimiş, yağa dönübdür, 
damlası cızz edib, yaralar məni.

Gərəkdir, bunları daşısın gərək, 
sinəmdə cırpınan yumruq tək ürək 
Qorxuram dözməyə, sonunda fələk, 
Vaxtsız bu duyadan aralar məni.

Budur, həyat məni sınayır qəmdə, 
vurub, cıxılmamış saxlayıb cəmdə. 
Sevinc yetişməmiş, kədər sinəmdə, 
sanki addım addım qaralar məni.

Həsrət üreyimin gözunu dəlmiş, 
Süzülüb, süzülüb, dilimə gəlmiş.
Arzumun baharı çiçəklənməmiş,
Şaxta qrov salar, qar alar məni.


Metanet Duyğulu.25. 02. 2015.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts