
Qanlı Nağıl .Qarabag işgaldan
azad oldu.Xocalının azadligin istəyirik.
Fəryadıma qulaq asan qoca bəşər..!
Acı dərdlər ocağıdır, Xocalımız – qədim şəhər.
Ağır oldu işgəncələr,
bir dəhşətdir görünməmiş,
Bu qəm- kədər.
Soyqırıma göz yumulur, dağıl Dünya !
Görmüşdünmü yaranışdan
belə qanlı nağıl , Dünya ?!
Məhşər ayağına çəkdilər əli yalın insanları,
Qocaları, qadınları,neçə körpə fidanları,
Vəhşətə bax ! Heç olmadı amanları.
Çox yalvardım, senə düşdüm,
Dağıl Dünya !
Yaranışdan görmüşdünmü ,
belə qanlı nağıl, Dünya ?!
Biz insanıq , haqqımızı arıyırıq !
Tükənmədik, yaramızı sarıyırıq .
Vüqarlıyıq , içimizde ağlayırıq.
Öz ağlım yetər mənə,
vermə mənə ağıl Dünya !
Yaranışdan görmüşdünmü ,
belə qanlı nağıl , Dünya ?!
Susmayacam ! Həmişə od püsgürəcəm,
Qarabağım işğaldadır,
yox gündüzüm,yoxdur gecəm.
Bil ! Az qalıb ,öz yurduma mən dönəcəm!!!
Gəl özünə , haqqa tapın,
Əyri yoldan yığıl Dünya !
Yaranışdan görmüşdünmü ,
belə qanlı nağıl, Dünya ?!
2017.
Xuraman Camalqızı
www.kafiye.net




