Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nazli Hacili

QALACAQ

Email :13

QALACAQ..

Gözlərini gözlərinə dikmə ta,
Daha sənə bu gözlərdən fayda yox.
O gözlerin eyləyibdi çox xəta,
Etmə dedim bunu bir vaxt sənə çox..
**
Otur eşqin acısına döz indi,
Mən tək sən də çək həsrətin yükünü.
Özgə kimi dur kənardan süz indi,
Baltaladın sevdamızın kökünü.
**
Götür daha ürəyinə bir daş bas,
Ötən günlər bir də dönməz geriyə.
Eşqimizə saxlayıram mən də yas,
İntizardan bir pay çatır hərəyə.
**
Bundan belə o sevincli gözlərin,
Gilə-gilə hər an yaşla dolacaq.
Öyüd kimi söylədiyim sözlərim,
Əbədilik xatirində qalacaq.

Nazlı Hacılı.
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts