Şair ve Yazarların Buluşma Sayfası

Shopping cart

Subtotal $0.00

View cartCheckout

Magazines cover a wide array subjects, including but not limited to fashion, lifestyle, health, politics, business, Entertainment, sports, science,

Nahidə Tağıyeva

QAL DENƏN

Email :17

QAL DENƏN

Elə baxma .baxışınan od allam.
Sən yanar şəm,mənsə pərvanən ollam.
Dərd bəlanı,vallah bircə mən allam.
Bircə kəlmə,yar yanımda qal denən,
Qal anama, əziz gəlin ol denən.

Sübhdən ,sənə qalxıb süfrə açaram,
Samovara, özüm bir od salaram.
Qal yanımda desən,vallah qalaram.
Bircə kəlmə ,yar yanımda qal denən.
Qal anama ,əziz gəlin ol denən.

Baxma mən şəhərli,sən kəndli oğlan.
Əllərin qabarlı,zəhmətkeş oğlan.
Olaram anana mən qız ,sən oğlan
Bircə kəlmə,yar yanımda qal denən.
Qal anama ,əziz gəlin ol denən.

Nahidə Tağıyeva Qurbanova .19.06.2017
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts