Q A Y T A R I N
Mənim sadiq yarım qara torpaqdı.
Aşıq Veysəl
“””””””””””””””””””
Bir bağ vardı,bülbülü mən,
Məni o bağa qaytarın!
Min eşq ilə havalanıb,
Uçduğum çağa qaytarın!
Dünya zalim,hədəfi mən,
Dəyirmanda eylədi dən,
Məcnun olub,dərd əlindən
Qaçdığım dağa qaytarın!
Xəzan gəldi güllü bağa,
Gümanım yox day,o çağa,
Məzahiri büküb ağa,
Qara torpağa qaytarın!
MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net





