Şair ve Yazarların Buluşma Sayfası

Metanet Duyĝulu

QƏZƏL

Email :3


QƏZƏL

Yarəb sevdiklərimə, ömrümü qurban elədim,
Sən əmanət verənin bağrını al qan elədim.

Kimsələr görmədi ki, qəlb evimin,taxtı tacın
Təki hərkəs xoş ola sinəmi meydan elədim.

İmtahan eylədiyin vaxt görənlər güldü mənə,
Yenə də nifrətimi, həbs edib zindan elədim.

Sevgimə varmaq üçün illər ilə verdim əmək,
Yuva qurtarmaq üçün, gül kimi xəndan elədim.

Kimi əl tutdu hər an etdiyini vurdu başa,
Mən isə etdiyimi tək sənə əyyan elədim.

Duyğulu,xoş görünüb, gizlədi çox duyğuların,
Hər gələn zərbələri,sevgimə ehsan elədim.

Müəllif.Mətanət Duyğulu.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts