Şair ve Yazarların Buluşma Sayfası

Aygün Abbas

Qəmli payız

Email :3

Qəmli payız

Bahara düşmüşəm doğulan zaman,
Payızdan qorxmuşam ta əzəl gündən.
Titrəyib payızın səsindən yaman,
Ruhumun cövhəri ta, xəzəl gündən.

Fəsillər içində gözümü oydu,
Aldı sevən qəlbi, canı könüldən
Ağlayan min dəfə, gülən bir dəfə,
Qopardı baharı, cãni könüldən.

Yenə köçdü bahar, qəm yedi ürək,
Yenə gəldi payız soldu ümidlər
Yenə bu payızdan nəm çəkdi ürək
Təlatümlü ömrə qaldi ümidlər.

 

Aygün Abbas.
www.kafiye.net

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts