Şair ve Yazarların Buluşma Sayfası

Elmaya Cabbarova

Pünhan Sevgi

Email :3

Pünhan Sevgi


Gözələ gözəlsən deməyə nə var,

Hüsnünə min naxış düzməyə nə var,

Xumar baxışlarla süzməyə nə var,

Qəlbində gizlənmiş pünhan sevgini,

Dalğalar qoynuna atmağa nə var.




H
ər sevgi müqəddəs deyildir, bilin,

Ürəkdən sevinin, ürəkdən gülün,

Yalanı, böhtanı kökündən silin,

Sevgi atəşində yanırsa dilin,

Əğyara əlvida deməyə nə var.




Utanmaq – sevginin dadı – duzudur,

Sanki göydən gələn dadlı ruzudur,

Ülvi təbəssümdür, ən xoş arzudur,

Son sözün nöqtəsi, bax elə budur,

Sevgiyə qarşılıq verməyə nə var.!

əllif: Elmaya Cabbarova.

14.02.2022.

www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts