
PƏNCƏRƏMƏ
YAĞAN QAR
Nədəndir
üşüdür bu il qar məni?
Bəlkə təsiridir soyuğun yaşa.
Artırır saçımda qırovu, dəni ,
Bənzətmirəm keçən ildəki qışa.
Daha isitməyir xəyallar məni,
Arzular, istəklər buza dönübdür.
Cavabın tapmayan suallar yəni,
Qarın altındakı izə dönübdür.
Pəncərəyə yağan qəlbimə yagır,
Ag rəngi gözümdə qarın qaralıb.
Fəridə, o deyil, olmusan fagır,
Çün dərdin çoxalıb,ömrün daralıb.
Feride Köçerli
21 02 25
www.kafiye.net




